Yuxarı

İşgəncə verilən azyaşlılar körpələr evinə yerləşdiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) məlumat verilib.

Agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.

Qeyd olunub ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub:

"Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək müvafiq körpələr evinə yerləşdiriləcək".

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, azyaşlıların valideynləri saxlanılıb.

Tarix
2025.08.28 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

Sülh sazişinin imzalanması üçün iki şərt mövcuddur - Rəfiyev

Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla