Yuxarı

Seçki dövründə düşünülmüş şəkildə susduq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli alim, akademik Rafiq Əliyevin çoxdandır gözə dəyməməsi onun haqda bəzi söz-söhbətlərə yol açdı. Bir zamanlar Ziyalılar Forumunda təmsil olunduğu üçün və daha çox tənqidi fikirlər səsləndirdiyinə görə rəhbəri olduğu ADNA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasından uzaqlaşdırıldığı iddia edilən görkəmli alimin susqunluğunun seçkilər dövrünü əhatə etməsi bu söz-söhbətlərin daha geniş vüsət almasına yol açdı.

Bu məsələlərə aydınlıq gətirməkçün akademiklə əlaqə yaratdıq.

Jurnalistlərin təxribatına uymayacağam!

Rafiq Əliyev əvvəlcə bəzi jurnalistləri onun ətrafında qalmaqal yaratmaq cəhdində suçladı:

- Bəziləri deyir ki, Rafiq müəllim xəstələnib və ya xaricdədir. Düzdür, təxminən iki ay müddətində vətəndən uzaq oldum. Xaricdə olmağım işlərlə əlaqədar idi, amma indi Bakıda və yerimdəyəm (gülür.- İ.V). Görünməməyimə gəlincə, belə cavab verək: mənə elə gəlir ki, dünyada görükürəm. Amma Azərbaycanda bəzi jurnalistlər var ki, məni qalmaqallı situasiyalara daxil etmək istəyirlər. Onu da deyim ki, jurnalist dostlarım çoxdur, ona görə sözü vicdanlı, qərəzsiz jurnalistlərə aid etmirəm. Mənim bir fikrim var ki, "bu günün qəhrəmanları sınmayan jurnalistlərdi". Amma bəzi jurnalistlərin məni qalmaqala çəkmək cəhdləri alınmayacaq, çünki onların təxribatlarına uymayacağam.

S300 raketlərini Rafiq Əliyevin aspirantı ixtira edib

Dostum Ramiz Rövşənin də, mənim də sərbəst fikirlərimiz var. Yəni ola bilməz ki, biz sərbəst düşünək, istədiyimiz kimi hərəkət edək? Bəzən deyirlər ki, niyə yoxdurlar? Niyə filan yerə cavab, reaksiya vermədilər? Lazım olanda reaksiya veririk, məsələn, bu yaxınlarda mətbuatda, televiziyada da, bir rus alimi haqda material verdilər. Həmin alim - S300, S400, S500 icad edən və Rusiya raket hücumundan müdafiə sisteminin rəhbəri olan Aşurbəylidir. Mən də o saat reaksiya verdim ki, bu Aşurbəyli Azərbaycanın elm adamıdır və Rafiq Əliyevin aspirantı olub, laboratoriyasında böyümüş bir adamdır. Amma o jurnalistlər belə reaksiyanı sevmir, onlar istəyir ki, mütləq gedib kimisə söyəsən, kimisə dəstəkləyəsən. Onlar anlamırlar ki, hər kəsin öz fikri ola bilər və buna görə də həmin insanı "topa tutmaq" lazım deyil.

Biz qalmaqalda, sensasiyada yoxuq!

  • Sabah sizə də göndərəcəm, sizin sayt yeni yaranıb və sizi izləyirəm. Bir mövzu yazmışam, düzdür, çətin mövzudur, amma elmi işimlə bərabər onu da yazmışam. Mövzunun adı belədir: "Qeyri-səlis məntiq və din". Din də çox həssas mövzudur, elə buna görə də bir çox dostlarla, o cümlədən Hacı İlqar İbrahimovla məsləhətləşəndən sonra o yazını hazırladım. Bu mövzuda sonda onu demək istəyirəm ki, biz qalmaqalda, sensasiyada yoxuq".

Mən siyasətdə olmamışam!

Akademik həmçinin indiyə qədər siyasətdə olmadığını da bildirdi və cəmiyyətdə haqsızlığa qarşı müxalif olduğunu da qeyd etdi:

- İctimai fikrə təsir etmək gücünə malik olmaq, bacardığımız qədər ictimai fikri durultmaq - biz ancaq bu məsələlər üzərində dayanmışdıq. Biz daha əvvəldən demişdik ki, siyasi iddiamız yoxdur və siyasətin içində olmayacağıq. Bu baxımdan Ziyalılar Forumu ilə Milli Şura arasında heç bir bağlılıq yoxdur. Ola bilər ki, bizim içimizdən kimlərsə siyasətə qatıldı. Amma bizim mövqeyimiz daha əvvəldən bəlli idi. Onu da qeyd edim ki, mən son üç ayda yalnız ilk dəfədir sizə danışıram. Xaricdə olanda haqqımda bir yazı çıxmışdı, tam səmimi deyirəm, mən o jurnalistə heç bir açıqlama verməmişəm. Özü də yazıb ki, "Rafiq Əliyev siyasətdən getdi". Bu yazı "Yeni Müsavat"da, "Azadlıq"da və digər mətbu orqanlarda işıq üzü gördü. O dəqiqə Ramiz Rövşənin şeiri yadıma düşdü: "Gedək biz olmayan yerə". Axı biz olmayan yerdən necə gedə bilərik? Bax, onu anlamadım. Mən siyasətdə olmamışam. Birinci gündən demişəm ki, ziyalının funksiyası başqadır. Düzdür, ziyalı hansısa bir vaxtda siyasətlə məşğul ola bilər, ancaq mən, Ramiz Rövşən və bəzi dostlarımız siyasətlə məşğul olmaq fikrində deyilik. Buna baxmayaraq, ziyalı mövqeymizdə qalırıq, müxalifət yox, müxalifik! Mən müxalifəm və ən birincisi, özümə qarşı müxalifəm. Bundan sonra ictimaiyyətdə, həyatda olan eybəcərliklərə müxalifəm. Əxlaqın eroziyaya uğramasına, ailə institutunun dağılmasına, insan haqlarının pozulmasına və başqa neqativ hadisələrə müxalifəm. Bir ziyalı kimi mənim mövqeyim budur! Bundan sonra Ziyalılar Forumu da öz işini davam etdirəcək və biz öz sözümüzü deyəcəyik.

Seçki dövründə düşünülmüş şəkildə susduq

Akademik sonda seçkilər dövründə Ziyalılar Forumunun susqunluğuna da aydınlıq gətirdi:

- Seçkilər ərəfəsində Ziyalılar Forumunun susqunluğu düşünülmüş addım idi. Biz siyasətə qoşulmamaq iddiası baxımından pauza verdik və seçki dövründə susduq. Mənim də öncədən orda olmamaq qərarım var idi. Amma orda bizim dostlarımız, dəyərli ziyalılarımız yer almışdı. Lakin mən - Rafiq Əliyev əvvəldən üzərimə düşən ziyalı funksiyasını yerinə yetirmək fikrindəydim və buna da nail oldum.

Qeyd: nə qədər qəribə təsadüf də olsa bildirək ki, bu gün Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyası Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasından xaric edilməsinin bir ili tamam oldu.

Tarix
2013.11.04 / 18:58
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla