Yuxarı

Əvəz Qurbanlı “Bakuinfo”dan getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvəz Qurbanlı “Bakuinfo”dan getdi

Bu gündən etibarən "Bakuinfo.az" saytında fəaliyyətimi dayandırıram.

Bunu Axar.az-a açıqlamasında "Bakuinfo.az" saytının baş redaktoru, şair və jurnalist Əvəz Qurbanlı deyib.

Ə.Qurbanlı qeyd edib ki, bu addımı atması hansısa anlaşılmazlıqdan və ya problemdən irəli gəlmir. Sayt rəhbərliyindən getməsinin yeganə səbəbi, sərbəst xəbər istehsalı və yaradıcılıq məsələləri ilə bağlıdır:

"Hesab edirəm ki, "Bakuinfo.az"da çalışdığım 3 il yarım müddətində öz potensialımı kifayət qədər göstərə bilməmişəm. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıcası, sərbəst xəbər təqdimatı ilə bağlı fəaliyyət göstərmək istəyimdir. Eyni zamanda, iş qrafikim gərgin olduğu üçün bədii yaradıcılıqla məşğul olmaq imkanım da məhdud idi. Bu amilləri nəzərə alaraq, qərara gəldim ki, saytdan getməyim yaxşıdır".

Keçmiş baş redaktor getdikdən sonra saytın taleyinin necə olacağına aydınlıq gətirməyib:

"Bu, artıq mənim səlahiyyətimdə olan məsələ deyil."

Əvəz Qurbanlı bundan sonra da mətbuat sahəsində çalışacağını istisna etməyib: "Onlayn mediada fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Qismət olsa, yaxın vaxtlarda öz yeni media layihəmi ictimaiyyətə təqdim edəcəyəm".

Tarix
2016.07.12 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla