Yuxarı

Maskalı şəxslər evə basqın etdi: saxlanılanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzilə basqın edən şəxslər saxlanılıblar.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon ərazisində mənzillərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib pulunu ələ keçiriblər.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Tarix
2025.09.02 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanladı

İlham Əliyev Xı Yınfenlə görüşdü

İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

Pakistandan Azərbaycana dəstək...

Prezidentin MQ ilə son görüşü: Sizi dəvət etməmişəm! - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla