Yuxarı

İstanbul–Səmərqənd təyyarəsi Bakıya məcburi eniş etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus "Airbus A321" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı müraciət edib.

Bu barədə Axar.az-a hava limanından bildirilib.

Məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib.

Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət sərnişinə yerində ilkin yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.

Tarix
2025.09.04 / 09:41
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Azərbaycanın 13 vətəndaşımızı azad etməsi... - Zaxarova

Əliyev-Putin görüşü təsadüf idi? Kremlin “qəribə” açıqlaması

Amerikalılar Zəngəzur üçün İrəvana gəlir

Rusiyadan Minsk Qrupunun buraxılmasına - Reaksiya

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma başa çatdı

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Sahibə Qafarova Fələstin səfiri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla