Yuxarı

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Rusiya nümayəndə heyəti yaxın günlərdə Azərbaycana səfər edəcək. Səfərin məqsədi bu ilin sentyabr-oktyabr aylarında ölkəmizdə keçiriləcək III MDB Oyunlarında iştirak etməkdir.

Axar.az xəbər verir ki, bunu Rusiya idman naziri Mixail Deqtyarev Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” sessiyasında bildirib.

Nazir əlavə edib ki, Azərbaycan tərəfi, xüsusilə də gənclər və idman naziri Fərid Qayıbov onu da şəxsi qaydada dəvət edib, lakin səfərlə bağlı qərarını ayrıca verəcək.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncədə olacaq. Yarışlara 260-dan çox rusiyalı idmançı qatılacaq. Oyunlar ölkənin 7 şəhərini əhatə edəcək və 23 idman növündə təşkil olunacaq.

Tarix
2025.09.04 / 11:18
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla