Yuxarı

Özbəkistan Rusiyaya rəsmi nota göndərdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan Rusiyaya rəsmi nota göndərdi - Video

Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək videoda özbək taksi sürücüsünü təhqir edən, onu “rusların qulu” adlandıran şəxsin şəxsiyyətinin müəyyən edilməsini və barəsində qanuni tədbir görülməsini tələb edib.

Axar.az xəbər verir ki, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov avqust ayında geniş ictimai rezonansa səbəb olan insidenti şərh edərkən deyib.

“Xüsusilə də avqust ayında geniş ictimai rezonans doğuran hadisə ilə bağlı araşdırma aparılır. Bununla əlaqədar olaraq videogörüntüdə olan şəxsin kimliyinin müəyyən edilməsi və ona qarşı hüquqi tədbir görülməsi məqsədi ilə Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib. Özbəkistan vətəndaşları harada olduqlarından asılı olmayaraq, dövlətin himayəsindədir”, - o bildirib.

Qeyd edək ki, Moskva vilayətində lentə alındığı iddia edilən bu hadisə Özbəkistanda hiddətə səbəb olub. Kadrlarda bir nəfərin taksi sürücüsünə qışqıraraq onu etnik mənsubiyyətinə görə alçaltması əks olunub.

Tarix
2025.09.04 / 11:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla