Yuxarı

Səfərovun məhkəməsi: vəkilin vəsatəti təmin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin onunla yanaşı əyləşməsinə şərait yaradılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

Daha sonra R.Səfərov dövlət ittihamçısının dələduzluq ittihamı, həmçinin zərərçəkmiş Natiq İmamqulyevə xəsarət yetirilməsi iddiası ilə bağlı məsələlərlə bağlı sualları cavablandırıb.

Növbəti proses sentyabrın 29-da davam edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Tarix
2025.09.08 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

Bayramov Zəngəzura görə ABŞ rəsmilərini qəbul etdi

Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

İlham Əliyevin Qazaxıstana səfəri hazırlanır - Tokayev

FTX Azərbaycan vətəndaşını saxladı - Video

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

Prezident İmaməli Rəhmana məktub göndərdi

Azərbaycan XİN bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla