Yuxarı

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

ABŞ Prezidenti Donald Tramp Rusiyanı yeni sanksiyalarla təhdid etdiyi vaxt Vaşinqton və Moskvanın pərdə arxasında razılaşmalar əldə etdiyinə dair məlumatlar yayılıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Rusiya danışıqlar zamanı sanksiyaların yumlaşdılması qarşılığında ABŞ-la enerji sektorunda əməkdaşlığa hazır olduğunu bildirib.

AB-yə yaxınlığı ilə tanınan “EU Observer” nəşrinin əldə etdiyi məlumatlara görə, bütün dünyanın diqqəti Rusiya və Ukrayna arasında sülh prosesinə kökləndiyi vaxt Moskva və Vaşinqton pərdə arxasında ticarət sövdələşmələrini müzakirə edir. Avropanın dilomatik mənbələri pərdəarxası müzakirələrin avqust ayında başladığını bildirirlər.

Qapalı görüşlərdə ABŞ-ın ən böyük neft şirkəti olan “Exxon Mobil”in 2022-ci ildə çəkildiyi “Saxalin-1” neft və qaz layihəsinə qayıtması müzakirə edilir.

ABŞ şirkətin 4 milyard avroluq səhmlərinin Rusiya tərəfindən nəzarətə götürülməsinə göz yumaraq, Moskvanı anlaşmaya sövq etmək istəyir. Bununla yanaşı, Rusiyanın sanksiyalara məruz qalan “Arktik LNG 2” kimi təbii qaz layihələrində amerikalı şirkətlərin iştirakı, rus istehsalı olan buzqıranların ABŞ tərəfindən satın alınması, bu istiqamətdə ortaq investisiyaların qoyulması da müzakirə mövzularındandır. Bu məsələlər Tramp və Putinin Alyaska görüşündə müzakirə edilib. Trampın bir tərəfdən Rusiyanı sanksiyalarla təhdid etməsi, digər tərəfdən Moskva ilə pərdəarxası razılaşmaları müzakirə etməsi Avropada qəzəblə qarşılanıb.

Nəşrin əldə etdiyi məlumata görə, ABŞ-ın hədəfi Çinin Rusiya üzərindəki enerji və texnoloji təsirini azaltmaqdır. Xüsusilə maraqların toqquşduğu Arktikadakı strateji LNG layihələrində Amerika texnologiyasının tətbiqinə nail olmaq və ABŞ-ın qlobal enerji rəqabətində üstünlüyünü təmin etəməkdir.

Avropalı diplomatlar hesab edirlər ki, Rusiya ilə pərdəarxası danışıqlar aparan ABŞ Avropa İttifaqını aldadır.

Tarix
2025.09.08 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla