Yuxarı

Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşahəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində bildirib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir:

“Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”.

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qəzzada baş verənlərə də münasibət bildirib.

“İki dövlət” həlli bir çox beynəlxalq aktorlar kimi bizim də gözümüzdə israillilər və fələstinlilər arasında ədalətli sülh üçün etibarlı və dayanıqlı əsas olaraq qalır. Qəzzada davam edən münaqişə bu həlli daha uzaq və kövrək edir, lakin onun aktuallığını aradan qaldırmır. Əksinə, bu faciə bizə beynəlxalq hüquqa, hər kəsin təhlükəsizliyi və ləyaqətinə əsaslanan danışıqlar yolu ilə siyasi həllin təcililiyini xatırladır. Beynəlxalq ictimaiyyətin rolu bu istiqamətdə istənilən inandırıcı təşəbbüsü fəal şəkildə dəstəkləməkdən ibarətdir”, - Elçin Əmirbəyov vurğulayıb.

Tarix
2025.09.08 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla