
Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
21:13
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
“Azərsun Holdinq” YAŞAT Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək olub.
Yeni tədris ilinin başlaması münasibətilə 1-11-ci siniflərdə təhsil alan şəhid övladları üçün illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları onlara təqdim edilib.
Layihə çərçivəsində respublikanın bütün ərazisini əhatə etməklə, 900-dən çox şəhidin 1500-dək məktəbli övladı üçün hədiyyə qutuları hazırlanıb və ünvanlara çatdırılıb.
Məktəblilərin təxminən 800 nəfəri oğlan, 700 nəfəri isə qızdır.
“Azərsun Holdinq” uşaqların təhsilinə töhfə vermək, onların gələcəyə olan inamını gücləndirmək və şəhid ailələrinə dəstək olmaq üçün müxtəlif sosial layihələr həyata keçirir.
Tarix
2025.09.10 / 17:43
|
Müəllif
Axar.az
|