Yuxarı

Bakı metrosunun texniki təmiri rus şirkətinə həvalə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunun texniki təmiri rus şirkətinə həvalə edildi

Bakı Metropoliteni QSC-yə məxsus müxtəlif seriyalı metro vaqonlarının təmiri ilə bağlı növbəti işlərə start verilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu məqsədlə 1 milyon 528 min 597 manat vəsait ayrılıb.

Texniki yenilənmələr çərçivəsində "PEK SVM 1" (ПЭК СВМ 01) və "PEK KVM 01" (ПЭК КВМ 01) tipli, həmçinin 81-760.B/761.B/763.B və 81-765.B/766.B seriyalı metro vaqonlarının kondisioner sistemlərinin təmirində istifadə olunan dəyişdiricilərin, eləcə də 81-717/714 seriyalı vaqonlar üçün nəzərdə tutulan şpinton tipli arabacıq çərçivələrinin alınması nəzərdə tutulur.

Sözügedən işləri Rusiya mənşəli "Spes Metro Postavka" (Спец Метро Поставка) şirkəti həyata keçirəcək.

Təmir prosesinə birbaşa nəzarət isə “Bakı Metropoliteni” QSC tərəfindən aparılacaq.

Qeyd edək ki, bu satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Tarix
2025.09.10 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-yə getdi - Foto

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video

Vahid Ələkbərovun sərvəti açıqlandı

"Moskva" və "Qars" Naxçıvan Konstitusiyasından çıxarılır

Naxçıvan Konstitusiyasına dəyişikliklər: ikinci səsvermə...

Milli Məclisin plenar iclası başladı

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla