Yuxarı

"⁠İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramı: Qeydiyyat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"⁠İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramı: Qeydiyyat...

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib.

Qeyd edək ki, təqaüd proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək.

18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiz. Xatırladaq ki, qeydiyyat üçün son tarix 16 fevraldır.

Bakcell olaraq, Gənclər Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Tarix
2026.02.02 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla