Yuxarı

Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı 2 dəfə artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı 2 dəfə artdı

Son 4 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

“Ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10, 6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir. Və əlbəttə ki, bir Mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır", - o bildirib.

Deputatın fikrincə, dəyişiklik bu sahədə tibbi resursların artmasına səbəb olacaq.

“Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin, həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir”, - o qeyd edib.

Tarix
2026.02.02 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla