Yuxarı

Təəssüf ki, Azərbaycan da bu siyahıda yer alır... - Babayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təəssüf ki, Azərbaycan da bu siyahıda yer alır... - Babayev

Su qıtlığı ilə bağlı risklərin tam qarşısını almaq mümkün deyil, amma adaptasiya planlarının hazırlanması və bu şəraitə hazırlaşmaq Azərbaycan üçün də vacibdir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Azərbaycanda buzlaqların əriməsi və qar ehtiyatlarının azalması prosesi davam edir:

"Bu, Azərbaycanla yanaşı bütün dünyaya təsir edən prosesdir. Hər il Böyük Qafqaz və xüsusilə Kiçik Qafqaz dağlarına təşkil olunan ekspedisiyalar bu gedişatı təsdiqləyir. Dağlarımızda qar ehtiyatları ilbəil azalır, buzlaqlar isə əriməyə məruz qalır. Təəssüf ki, bu proses bütün dünyada müşahidə olunur. Əsas səbəb iqlim dəyişikliyi və orta temperaturun artmasıdır, digər səbəb isə yağıntıların qeyri-bərabər bölüşdürülməsi və intensivliyidir. Nəticədə su ehtiyatları azalır, daşqınlar, sel və digər hidrometeoroloji hadisələr daha çox baş verir".

M. Babayev bildirib ki, su problemlərinin həlli və adaptasiya tədbirləri həm dövlətlərin, həm də beynəlxalq təşkilatların da aktiv iştirakı ilə mümkündür:

"Artıq illərdir ki, Azərbaycan beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birlikdə bu məsələləri müzakirə edir, müxtəlif su layihələri həyata keçirir. Lakin narahatlıq doğuran məqam ondan ibarətdir ki, dünyada suya tələbat artır. Ölkələr artıq şərti olaraq üç qrupa bölünür: su ehtiyatı bol olan, ehtiyaclarını nisbətən ödəyə bilən və su qıtlığı ilə üzləşən ölkələr. Təəssüf ki, su qıtlığı riski ilə üzləşən ölkələrin siyahısı hər il genişlənir və Azərbaycan da bu siyahıda yer alır".

Tarix
2025.09.11 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla