Yuxarı

Azərbaycanın atəşə tutulması: sənədlər elan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sentyabrın 11-də Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Axar.az xəbər verir ki, elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub.

Həmin vaxt raketlərdən biri havada yanıb, digəri isə Sədərək sakini Qasımov İsmayıl Bayram oğlunun həyətindən bir qədər aralıda yerə düşərək partlayıb.

Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində 6 nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərin atəşə tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub.

Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlif kalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli Məmməd oğlu avtomat silahla qətlə yetirilib.

Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində 3 nəfərin ölüb, 22 nəfər yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.09.11 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Qriqoryan Azərbaycana gəldi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir

Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?

Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla