Yuxarı

Kəlbəcərdə çoban yıxıldı, oğlu fermerlərə silahla hücum etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə çoban arıçı sahibkarlara silahla hücum edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonunun Qazıxanlı kəndi ərazisində yerləşən meşəlik sahədə baş verib.

Orada fərdi təsərrüfatda çoban işləyən Mehman Səlimov yaşadığı çadırda həddindən artıq spirtli içki qəbul edəndən sonra çomaqla ərazidə arıçılıqla məşğul olan fermerlərə hücum edib. O, təsərrüfat sahiblərini təhqir edərək, onlara tərəf gedərkən arxa yıxılıb və sifət nahiyəsindən xəsarətlər alıb.

Mehman həmin vəziyyətdə çadıra qayıdarkən onunla birlikdə çoban işləyən oğlu Tural Səlimov bunu görüb və atasının fermerlər tərəfindən döyüldüyünü zənn edib. O, çadırdan ov tüfəngini götürərək atəşə hazır vəziyyətdə fermerlərin üstünə hücum edib. Tural silahı fermerlərdən birinə tuşlayaraq atəş açmaq istəyərkən ərazidə olan fermer qadınlardan biri ona yaxınlaşaraq, onun atasını heç kimin döymədiyini, atasının sərxoş vəziyyətdə yıxıldığını bildirib.

Tural atəş açmaq fikrindən daşınıb və həmin qadınla birlikdə atasının olduğu çadıra qayıdıb. Məlum olub ki, atasını həqiqətən də heç kim vurmayıb və o özü yıxılıb. Bundan sonra Tural qadından üzr istəyərək onu yola salıb.

Hadisə nəticəsində Turalın tüfənglə nişan aldığı şəxs qorxudan epilepsiya keçirib və huşunu itirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlayıb.

Kəlbəcər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişin razılığı ilə təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib.

Tarix
2025.09.13 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbulda daha bir bələdiyyə sədri saxlanıldı

Kirk simvola çevriləcək, qarşıdurma artacaq

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla