Yuxarı

Bu tarixdə müharibə Ukraynadan kənara çıxa bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tarixdə müharibə Ukraynadan kənara çıxa bilər

Polyaklar ukraynalılarla tamhüquqlu hərbi əməkdaşlığa mənəvi cəhətdən hazır deyillər və bu, ruslar təzyiqi artırmayınca davam edəcək. Eyni zamanda, vəziyyət çox sürətlə inkişaf edir və buna görə də artıq payızda müharibə Ukrayna–Rusiya münaqişəsinin hüdudlarından kənara çıxa bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Şimali Avrasiya Transformasiya İnstitutunun icraçı direktoru Vladimir Qorbaç deyib.

Onun sözlərinə görə, polyaklara rus PUA-larının təhdidinə qarşı necə mübarizə aparılması öyrədilməlidir:

“Belə təkliflər Ukrayna tərəfindən artıq səslənib, çünki Ukraynanın rus təcavüzünə qarşı mübarizədə yeni texnoloji mərhələdə geniş təcrübəsi var. Həmçinin Ukrayna hava hücumları barədə xəbərdarlıq sistemi qurmağa kömək etməyə hazırdır.

Buna görə də bir tərəfdən biz doğrudan da bunu təklif etməliyik və düşünürəm ki, polyak tərəfi bundan istifadə etməli idi. Amma digər tərəfdən, mənə elə gəlir ki, bizim qərbli qonşularımıza Ukrayna tərəfindən təhlükəsizlik zəmanəti vermək barədə yarızarafat təkliflərimiz ciddi qəbul olunmur. Onlar mənəvi-psixoloji cəhətdən buna hazır deyillər və belə təklifləri hətta ölkələrini müharibəyə cəlb etmək cəhdi kimi görə bilərlər. Ona görə də guya ki, yaxşı olar, kənarda qalsınlar, bəlkə hər şey ötüb keçər və müharibə onlara toxunmaz”.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus PUA-lar Polşaya hücum etmişdi.

Tarix
2025.09.13 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla