Yuxarı

TQDK ali məktəblərə keçid ballarını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TQDK ali məktəblərə keçid ballarını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb.

Axar.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Onun sözlərinə görə, 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər: "Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur".

M. Abbaszadə qeyd edib ki, I ixtisas qrupunun "Riyaziyyat", "Fizika, "İnşaat mühəndisliyi" İnformasiya texnologiyaları, Elektronika, telekommunikasiya və radio texnika mühəndisliyi ixtisasları üzrə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.

Eyni zamada, Azərbaycan Dillər Universitetinin "Tərcumə (dillər üzrə)", "Beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə" ixtisaslarının müsabiqəsində xarici dil fənn üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin I, II və III qruplarda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayanlar, IV qrupda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində isə ingilis dili fənni üzrə attestat qiymət "4", və "5" olan abituriyentlılər iştirak edə bilərlər.

"Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıq təsərrüfatı işi", "Meşəçilik", "Aqranomluq", "Zootexniklik", "Baytarlıq", Subioehtiyatları və akvabitkilər" ixtisaslarına, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Melorasiya və Su Təsərrüfatı tikintisi mühəndisliyi", "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Xatırladaq ki, ali məktəblərə I və IV qruplar üzrə qəbul imtahanı iyulun 15-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 25-də keçiriləcək. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Tarix
2016.07.15 / 10:46
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla