Yuxarı

Sakinlər çətin vəziyyətdə: Bu körpü bağlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sakinlər çətin vəziyyətdə: Bu körpü bağlandı - Video

Ağstafada bir neçə kəndlə rayon mərkəzini birləşdirən körpü bağlanıb.

Axar.az xəbər verir ki, sakinlərin Xəzər TV-yə bildirdiklərinə görə, iki aya yaxındır körpü qəzalı vəziyyətdədir. Lakin hər hansı addım atılmır, təmir işləri görülmür.

Sürücülərə alternativ yol təklif edilib. Bu yoldan istifadə üçün kilometrlərlə məsafə qət etmək lazımdır. Yəni 10 dəqiqəlik yol üçün bir saat vaxt tələb olunur. Onların sözlərinə görə, magistrala çıxmaq üçün məcburi şəkildə yolu əks istiqamətdə getməli olurlar.

Sürücülər bildiriblər ki, burada əsas yola çıxmaq üçün hər iki tərəfdən gələn hərəkət iştirakçıları və özləri xoşagəlməz hallarla üzləşirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən yol ötürücüsü 1961-ci ildə inşa edilib. Aidiyyəti qurumların, həmçinin Fövqəladə Hallar Nazirliyinin körpünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə rəyi var. Paralelində alternativ yol ötürücüsünün mövcudluğunu nəzərə alaraq, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən qəzalı vəziyyətdə olan körpüdə nəqliyyatın hərəkətinin qadağan edilməsi barədə qərar qəbul olunub.

Körpünün təmir edilib-edilməyəcəyi barədə də hələ ki qərar yoxdur. Hərəkətin təşkili və təhlükəsizliyi isə Agentliyin səlahiyyətində deyil.

Ətraflı süjetdə:

Tarix
2025.09.14 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla