Yuxarı

Tıxaca görə bu küçədə dəyişiklik ediləcək – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edir.

Bu barədə Axar.az-a AYNA-dan bildirilib.

Qeyd edilib ki, dəyişikliklərə əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.

Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərədə tutulub. Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.

Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən "Gənclik" metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.

Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından – əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər. Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.

Atatürk prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə metronun "Gənclik" stansiyası istiqamətində getmək istədikdə parkın yanından birbaşa birinci döngədən istifadə etməli olacaqlar.

Əlövsət Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda, Həsən Əliyev küçəsi ilə kəsişmədə yalnız sola – metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində hərəkət etmələrini təmin edəcək.

Sürücülərin dəyişiklikləri rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq. Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri təşkil olunacaq.

Daha bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsində əlavə hərəkət zolağı təşkil olunmaqla bu istiqamətdə 3 hərəkət zolağı təmin ediləcək. Əks istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq.

Tarix
2025.09.16 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev BƏƏ prezidentini Füzulidə qarşıladı

Putini bir müsahibə ilə darmadağın etdi...

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto

Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla