Yuxarı

Bakıda 800 yaşlı qəsr bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanıb.

Bu barədə Axar.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, məqsəd abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.

Bərpa zamanı qəsrin təbii təsirlərdən yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və nəmə qarşı qoruyucu məhlullar tətbiq edilir.

Bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri XIII əsrə aid müdafiə tikilisidir və Abşeron yarımadasının sahilboyu qalalarının mühüm nümunələrindən hesab olunur.

XII yüzillikdən başlayaraq, Abşeronun müdafiəsinə böyük diqqət ayrılmasının başlıca səbəbi yarımadaya şimaldan qarətçi dəstələrin gəmilər vasitəsilə basqınları idi. Strateji baxımdan əlverişli yerlərdə ucaldılan qalalar yarımadanın hər hansı bir bucağından düşmən təhlükəsi xəbərini qısa zamanda bütün Abşerona yaya bilirdi.

Tarix
2025.09.17 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla