Yuxarı

Banqladeş ordusunun generalı Azərbaycanda - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeş Xalq Respublikası Milli Müdafiə Kollecinin "Silahlı Qüvvələrin döyüş kursu"nun rəhbər və dinləyici heyəti "Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Milli Müdafiə Universitetinin (MMU) rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov briqada generalı Mostafizur Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MMU-da keçirilən görüşdə banqladeşli qonaqlara universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar barədə geniş məlumat verilib.

Görüşdə hərbi təhsilin daha da inkişaf etdirilməsi istiqamətində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb.

Briqada generalı M.Rahman xatirə kitabına ürək sözlərini yazıb.

Səfər çərçivəsində Banqladeş Xalq Respublikası Milli Müdafiə Kollecinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Qonaqlara hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.

Tarix
2025.09.17 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla