Yuxarı

Azərbaycanda bu sahibkarlara subsidiya veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu sahibkarlara subsidiya veriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiya ödəniləcək.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanında əks olunub.

Fərmana əsasən, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun vəsaitindən "Büdcə sistemi haqqında" qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödəniləcək:

- sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

- elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

- Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.

Tarix
2025.09.19 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla