Yuxarı

Avtobus parkının yenilənməsi üçün bu sistem tətbiq ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur.

Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

Onun sözlərinə görə, yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2 800 ədəd olacağı gözlənilir:

"Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar tərəfindən qarşılanması qeyri-mümkündür. Bu xüsusda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə "brutto müqavilə" sistemi tətbiq ediləcək".

A. Rzayev qeyd ed ki, model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq.

Tarix
2025.09.22 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndə heyəti İrəvanda – Səbəb

Emin Prezidentə və bu nazirə təşəkkür etdi

Zəngəzur dəhlizinin işə düşməsi ilə... - Prezident

Adnan Əhmədzadənin həbsinin şok pərdəarxası

Matevosyan: Azərbaycanlılar İrəvana bu yolla girəcəklər

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

Bakıda beynəlxalq tədbir keçirilir

XİN Maltanı təbrik etdi

Adnan Bakıda “Barselona” prezidentinə qəlyan çəkdirir - Video

Ruanda prezidentinin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla