Yuxarı

Boksçuların maaşı ödənildi, ancaq məşqçi hədələndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçuların maaşı ödənildi, ancaq məşqçi hədələndi

Azərbaycan boksçularının maaş problemi həllini tapıb.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt Təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə deyib.

Onun sözlərinə görə, bu məsələ ictimailəşəndən sonra boksçuların maaş kartları onlara verilib

Ramil Məmmədzadə Azərbaycan boksundakı problemləri işıqlandırdığına görə hədələndiyini və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib:

“Boksdakı problemləri işıqlandırdıqdan sonra mənə özünü kriminal dünyanın nümayəndələri kimi təqdim edən şəxslər zəng edib. Onlar mənə hədə-qorxu gələrək deyiblər ki, boks üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Elbrus Rzayevi tənqid etməyim. Bu barədə Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Nazirlikdən müraciətimə operativ reaksiya verilib. Sumqayıt Baş Polis İdarəsinə dəvət olunmuşam. Orada məndən izahat alınıb. Əlimdəki sübutları da təqdim etmişəm.

Maraqlıdır ki, bundan sonra Elbrus Rzayev də məndən şikayət edib. Ərizəsində göstərib ki, guya mən onu təhqir etmişəm. Onun şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmuşam. Mən də izahatımda onu təhqir etmədiyimi, ümumiyyətlə bu cür davranışın mənə yad olduğunu qeyd etmişəm. Həmçinin bildirmişəm ki, Elbrus Rzayevin adından mənə hədə-qorxu gəlinib. Məndən bununla bağlı sübutlar istənilib, təqdim etmişəm. Beləliklə, bu məsələ artıq hüquq-mühafizə orqanlarının diqqətindədir”.

Tarix
2025.09.22 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla