Yuxarı

Bu müəllimlər şagirdləri təhdid edir – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müəllimlər şagirdləri təhdid edir – Ekspert

Məktəblərdə tez-tez dərsdən sonra şagirdlərin məşğələyə qalması halları ilə qarşılaşırıq. Ancaq “Təhsil haqqında” qanuna əsasən, ümumi təhsil məktəblərində əgər müəllim dərsdən sonra məşğələ keçmək istəyirsə, bu, dövlət hesabına həyata keçirilməli və şagirdlərdən əlavə pul alınmamalıdır. Ancaq bəzi məktəblər bu qaydaya məhəl qoymur.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Ekspert bildirib ki, müəllimin dərs saatları içində hər hansı mövzunu izah etməyib, ancaq dərsdən sonra ödənişlə məşğələ keçməsi yolverilməzdir:

“Bəzi məktəblərdə direktorlar müəllimlərə icarəyə otaq verir. Müəllimlər də şagirdlərini öz hazırlıq kurslarına cəlb edirlər. Hətta bununla da yetinməyib, hazırlığa gəlməyən şagirdləri qiymət yazmamaqla təhdid edirlər. Sonra da şagirdlər arasında ayrı-seçkilik edirlər.

Bu hallar ciddi qanun pozuntusudur və mütləq şəkildə nəzarətə götürülməlidir. Məktəbin inzibati binası direktor və müəllimlərin şəxsi mülkiyyəti deyil.

Bəzi məktəblərdə direktorlar bu hallara xüsusi diqqət edir, hətta öz şagirdini dərsdən sonra məşğələyə saxlayan müəllimləri cəzalandırır. Bu təqdirəlayiq addımdır. Valideynlər də belə halla qarşılaşdıqda mütləq şəkildə aidiyyəti qurumlara müraciət etməlidir.

Bir daha vurğulayıram: müəllim şagirdlərə məktəbdə əlavə dərs keçirsə, bunu dövlət hesabına və ödənişsiz həyata keçirməlidir”.

Ekspert bildirib ki, əgər müəllim hazırlıq keçmək istəyirsə, qanun çərçivəsində qeydiyyatdan keçməli, VÖEN açdırmalı və hazırlıqları məktəbdən kənarda etməlidir.

Tarix
2025.09.24 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla