Yuxarı

Talıbovun oğlu otelini satdı, özü də aldı - 8.6 milyona

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanda Qara dənizin sahilində yerləşən dəbdəbəli otelini yenidən alıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, o, həmin ərazidəki digər bir əmlak üzərində də nəzarəti yenidən ələ alıb.

Qeyd olunur ki, Naxçıvanın sabiq rəhbərinin oğlu bu oteli atasının gözlənilməz istefasından qısa müddət sonra satıb.

May ayında Rza Talıbov Batumidəki oteli geri almaq üçün 8,6 milyon dollar ödəyib. Bu, səhmlərin alışı ilə bağlı ictimai sənəddə təsdiqlənib. Jurnalistlər həmçinin 43 yaşlı və Bakıda miqrasiya xidməti rəsmisi olan Talıbovun Gürcüstan sahilindəki əmlaklarını genişləndirdiyini müəyyən ediblər.

Batumidəki otel əvvəlcə “Divan Suites” adlanırdı. İndi isə bina “London 1889” adı ilə fəaliyyət göstərir.

Bundan əlavə, Talıbovun “B-Pearl” turizm şirkəti Maxinjauri sahil rayonunda 730 min dollara torpaq sahəsi alıb. Batumi hakimiyyəti artıq dəniz mənzərəli mənzillərlə 11 mərtəbəli yaşayış binasının tikintisini təsdiqləyib.

Bu sövdələşmələr Talıbovun Naxçıvanda ailəsinin nüfuzunun zəifləməsindən sonra daşınmaz əmlaka böyük yatırımlara qayıdışını göstərir.

2022-ci ildə aparılan araşdırma göstərib ki, Rza və qardaşı Seymur “prokladka” şirkətlərindən 20 milyon dollardan çox şübhəli köçürmə alaraq, BƏƏ və Gürcüstanda təxminən 63 milyon dollarlıq əmlak əldə ediblər.

Vasif Talıbovun 2022-ci ilin dekabrında istefasından sonra ailə aktivləri, o cümlədən bank və Batumidəki oteli sürətlə satmağa başlayıb.

Jurnalistlərin sorğusuna cavab olaraq o bildirib ki, alış bank kreditləri hesabına maliyyələşdirilib və satışla geri alış investisiya strategiyasının bir hissəsi olub.

Tarix
2025.09.24 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

KQB Adnanı necə ələ alıb? – Agent və ya tora düşən tamahkar...

Şahin Mustafayev iranın energetika naziri ilə görüşdü

İlham Əliyev onlara müraciət ünvanladı

Sərhədlər bu xəritə üzrə çəkiləcək - Sərkisyan

Mehriban Əliyeva Əliyevin Trampla dialoqunu paylaşdı - Video

Bu şəxslər üçün Cibutiyə viza rejimi ləğv edildi

İlham Əliyev Aleksandr Stubbla görüşdü

İlham Əliyev keniyalı həmkarı ilə görüşdü

İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi - Video

Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla