Yuxarı

Kahı yükünün içərisindən 29 kq marixuana çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı iki ədəd paletdəki yeşiklərdə üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 73 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 29 kiloqram 100 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Tarix
2025.09.24 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Tiktokda zorakılığa məruz qalan azyaşlı barədə məlumat

Trampdan Əliyevə: Sizinlə həqiqətən fəxr edirəm!

Adnana görə təcili Bakıya çağırıldı

Laçında 3 faydalı qazıntı yatağı balansa götürüldü

Azərbaycan və Pakistan XİN başçıları görüşdü

KQB Adnanı necə ələ alıb? – Agent və ya tora düşən tamahkar...

Şahin Mustafayev iranın energetika naziri ilə görüşdü

İlham Əliyev onlara müraciət ünvanladı

Sərhədlər bu xəritə üzrə çəkiləcək - Sərkisyan

Mehriban Əliyeva Əliyevin Trampla dialoqunu paylaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla