Yuxarı

Kəlbəcər və Şahdağa qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yüksək dağlıq ərazilərə - Kəlbəcər və Şahdağa isə qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə alınıb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçalada 20, Culfada 18, Şabranda 16 m/s-yə çatıb.

Şamaxı, Daşkəsən, Qax (Sarıbaş), Qusar, Qrız (Quba), Şəki, Zaqatala, Balakən, Şahdağ, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Tarix
2025.10.01 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Nigeriyanı təbrik etdi

Putinlə görüşən kimi Nikol Bakıya qarşı “başladı...”

İtaliya prezidentinin Azərbaycana səfəri başa çatdı

Erməni konsul azərbaycanlı ilə sevgili olub – həbs edildi

Trampın sülh planı: Qəzza xilas olur, yoxsa...

ABŞ-ın Azərbaycandakı səfirliyi şatdaunla bağlı bəyanat yaydı

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla