Yuxarı

Xankəndiyə iş üçün gəldi, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndiyə iş üçün gəldi, həbs olundu

Xankəndi şəhərinə iş axtarmağa gedən şəxs həbs edilib.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, Laçın rayon sakini, 2002-ci il təvəllüdlü Azər Quliyev iş axtarmaq üçün xalası oğlu ilə birlikdə Xankəndiyə gedib.

Onlar bir neçə gün şəhər ərazisində iş axtarsalar da, onlara uyğun iş olmayıb. Çarəsiz qalan A.Quliyev başqa üsula əl atıb. Belə ki, o, xalası oğlu ilə birlikdə restoranlardan birində nahar edərək, spirtli içki içib. Daha sonra Azər səliqəli geyinərək, Xankəndi şəhərindəki bir neçə ticarət və iaşə obyektinə daxil olaraq, guya Dövlət Vergi Xidmətinin əməkdaşı olduğunu deyib və sahibkarlardan pul tələb edib. Obyektlərdən birinə daxil olub pul tələb edərkən, sahibkar polis əməkdaşlarına məlumat verib.

Hadisə yerinə polis əməkdaşlarının gəldiyini görən A.Quliyev ərazidən qaçmaq istəyib. O, həmin vaxt sərxoş olduğundan qaçarkən küçədə yıxılıb, xəsarət alıb.

Polis əməkdaşları onu saxlayaraq barəsində protokol tərtib ediblər. Protokol məhkəməyə göndərilib.

Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə A.Quliyev 10 sutka həbs edilib.

Tarix
2025.10.01 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla