Yuxarı

Rusiya NATO ölkələrinə hücumlar hazırlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya NATO ölkələrinə hücumlar hazırlayır

Rusiya və Belarus Polşanın kritik infrastrukturuna qarşı təxribat əməliyyatları həyata keçirə və Ukraynanı onlara görə günahlandıra bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Sentyabrın 30-da Rusiyanın Xarici Kəşfiyyat Xidməti qeyd edib ki, Ukrayna Rusiya və Belarusu günahlandırmaq üçün “başqa dövlətin bayrağı altında” Polşanın kritik infrastrukturuna hücum hazırlayır. İddialara görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Polşa kəşfiyyatı Polşaya Ukrayna tərəfdarı olan “Rusiya Azadlığı” legionu və Kastus Kalininski alayının Rusiya və Belarus vətəndaşlarından ibarət təxribat və kəşfiyyat qrupu göndərəcək. Bu qoşunlar Polşa təhlükəsizlik xidmətləri tərəfindən əsir götürüldükdən sonra mətbuat konfransında özlərini Rusiya və Belarus xüsusi təyinatlıları kimi təqdim edəcək və ukraynayönlü birləşmələr hücuma görə Rusiya və Belarusu günahlandıracaqlar. Rusiya kəşfiyyatı iddia edir ki, Ukrayna ictimai rezonansı artırmaq üçün eyni vaxtda Polşanın kritik infrastrukturuna hücum həyata keçirə bilər. Kiyev NATO hava məkanında baş verən son dron insidentlərindən istifadə edərək Polşada antirusiya əhval-ruhiyyəsini gücləndirmək, müharibənin qızışmasını sürətləndirmək və Avropa ölkələrini Ukrayna adından münaqişəyə müdaxilə etməyə sövq etməyə də cəhd edə bilər”, - məlumatda deyilib.

Tarix
2025.10.01 / 13:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla