Yuxarı

Məşhur general təqaüdə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur general təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqaüdə göndərilib.

Axar.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib.

Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub.

Xatırladaq ki, Həzi Aslanov 1965-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

General-mayor H.Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

2019-cu il noyabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunmuşdu.

Prezident İlham Əliyevin 30 iyun 2006-cı il tarixli sərəncam ilə Həzi Aslanova polis general-mayoru rütbəsi verilib.

Dövlət başçısının 1 iyun 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

O, məşhur Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsidir.

Tarix
2025.10.01 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla