Yuxarı

"Azərsun Holdinq” innovativ yanaşmalar tətbiq edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda və regionda ərzaq sənayesinin liderlərindən olan “Azərsun Holdinq” kənd təsərrüfatı, qeyri-qida və qida istehsalında iqlimə uyğun, innovativ və dayanıqlı yanaşmaları dəstəklədiyini bəyan edib.

Bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündəki çıxışında “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib.

Baş direktor qeyd edib ki, şirkət artıq bir neçə ildir ki, səmərəli suvarma sistemləri, bio-gübrələrin istifadəsi, torpağın minimal pozulması və dron texnologiyalarının tətbiqi kimi müasir aqrotexniki üsulları geniş şəkildə tətbiq edir:

“Bu istiqamətdə qurduğumuz innovativ sistemlər və alternativ enerji mənbələri, dayanıqlı kənd təsərrüfatına keçidi daha da sürətləndirir ”.

Kiçik və orta fermer təsərrüfatları ilə əməkdaşlığın önəmindən danışan Savaş Uzan holdinqin həmin fermerlərlə daha dayanıqlı, dözümlü dəyər zənciri qurmağa çalışdığını vurğulayıb.

O, həmçinin qurulan əməkdaşlıqların dayanıqlı təsərrüfat metodlarının təşviqinə, yerli iqtisadiyyatın gücləndirilməsinə və aqrar biliklərin paylaşılmasına xidmət etdiyini bildirib.

“Azərsun Holdinq” məhsullarının “Made in Azerbaijan” yazısı ilə beynəlxalq arenada nümayiş edilməsinin unikal imkanlar yaratdığını qeyd edən baş direktor bu addımın yerli məhsulların həm keyfiyyət, həm də dayanıqlılıq göstəricisinin yüksək olduğundan irəli gəldiyini deyib.

O, qeyd edib ki, şirkət COP29-un nəticələrini rəhbər tutaraq, innovativ yanaşmaları tətbiq edir və tərəfdaşlarla birgə fəaliyyət göstərməklə genişmiqyaslı təsir yaratmağa çalışır.

Tarix
2025.10.01 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azər Qəribin cəza tələbi: Mətanət Türkiyəyə görə üzr istəyəcək? - Video

Azərbaycan XİN Nigeriyanı təbrik etdi

Putinlə görüşən kimi Nikol Bakıya qarşı “başladı...”

İtaliya prezidentinin Azərbaycana səfəri başa çatdı

Erməni konsul azərbaycanlı ilə sevgili olub – həbs edildi

Trampın sülh planı: Qəzza xilas olur, yoxsa...

ABŞ-ın Azərbaycandakı səfirliyi şatdaunla bağlı bəyanat yaydı

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla