Yuxarı

Gələn il pensiyalar bu qədər artacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn il pensiyalar bu qədər artacaq

Son illərdə Azərbaycanda pensiyaların hər il indeksləşdirilməsi ənənəvi hal alıb. Bu proses sosial təminat sisteminin sabitliyini qorumaq və inflyasiyanın pensiyaçılara təsirini minimuma endirmək məqsədi daşıyır. Bu baxımdan gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı maraq doğurur.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təqaüdlərin indeksləşdirilməsi qərarı Nazirlər Kabineti və ya Prezidentin fərmanı ilə qəbul olunur.

Ekspertin sözlərinə görə, son illər indeksləşdirmə orta aylıq maaşın artım tempinə uyğun şəkildə aparılır:

“Bu səbəbdən də dəqiq faiz demək çətindir. Amma çox güman ki, əgər indeksləşdirmə qərarı verilərsə, artım təxminən 8-10 faiz civarında ola bilər.

Yəni təxmini hesablasaq, 300 manat pensiya alan şəxsin təqaüdü 10 faiz indeksləşmə ilə 30 manat artacaq. 8 faizlə isə bu artım 24 manat təşkil edəcək".

Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi prosesi hər il iqtisadi göstəricilərin dəyişməsinə əsasən həyata keçirilir.

Tarix
2025.10.05 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla