Yuxarı

Azərbaycan bankları bu kredit borclarını sildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bankları bu kredit borclarını sildi

Bu ilin I yarısında Azərbaycan bankları 56,6 milyon manat kredit borcunu silib. Bunlar qeyri-işlək kreditlərdir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Silinmələrin 61,1%-i (34,6 milyon manatı) istehlak kreditləri üzrə, 38,9%-i (22 milyon manat) isə biznes kreditləri üzrə olub.

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib. Bu, yanvarın 1-nə nisbətən 20,1% və yaxud 132 milyon manat çoxdur.

Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımın 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verib.

Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı (30% çox), biznes kreditlərinin 431 milyon manatı (14,9% çox), ipoteka kreditlərinin isə 35 milyon manatı (3,5% çox) qeyri-işləkdir.

Tarix
2025.10.05 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla