Bir müddət öncə mətbuat vasitəsi ilə qatıldığı
müsabiqədən kənarlaşdırlmasını qanunsuz hesab edərək Təhsil
nazirinə müraciət edən Əminə Əmirxanlı ilə oxucularımızı daha
yaxından tanış etmək üçün onunla söhbətləşdik, suallarımıza cavab
aldıq.
- Əminə, etdiyin müraciətdən bəlli oldu ki, məktəbli
olsan da, artıq müəyyən nailiyyətlərin var, bir az bunlardan
danışaq...
- 2012-ci ildə, IX sinifdə oxuyarkən "Sabahın alimləri"
müsabiqəsinə qoşuldum və o vaxt 2 elmi institutla, AMEA-nın
Radiasiya Problemləri və Zoologiya İnstitutu ilə işlədim. Həmin il
hazırladıgımız layihə müsabiqədə qızil medala və I yerə layiq
görüldü. Daha sonra ABŞ səfirliyinin elan etdiyi "YLP" (Youth
Leadership Program) müsabiqəsinə də qatıldım. İştirakçılar bir neçə
mərhələli seçim turundan ibarət imtahandan keçir. Cavablar hər
turdan sonra ABŞ-a göndərilir və orada sonuclanır. Bəxtim gətirdi
və mən də finala çıxdım. Arizona Universitetində liderlik dərsləri
aldım. Eyni zamanda həmin il ingilis fənn olimpiadasında da I yerə
layiq görüldüm. 2013-cü ildə təkrar ingilis dili fənn
olimpiadasında I yeri tutdum.
- Oxuduğun məktəbi dəyişmisən, bu zərurət nədən
yaranıb?
- Artıq X sinif idim. Fərdi hazırlıqlarım və dərs yükü xeyli
zamanımı alırdı. Elmi layihələrə demək olar ki, vaxt ayıra
bilmirdim. "Gənc İstedadlar" liseyində dərslər 8.30-da başlayırdı.
Təhsil aldıgım lisey evimizdən uzaq idi və yollarda xeyli vaxt
itirirdim. "Sabahın alimləri" II Respublika Müsabiqəsinə qatılmağa
qərar verəndə məktəbimi evimizə daha yaxın məktəbə dəyişdik ki,
vaxtım daha çox qalsın. Keçən il mən AMEA-nın Fizika İnstitutu ilə
əməkdaşlıq etdim və layihəmiz çox uğurlu alındı. Mənə bu işdə
təmənnasız və könüllü yardım etdiyinə görə həm Fizika İnstitutunun
rəhbərliyinə, həm də elmi rəhbərim Fizika İnstitutunun elmi işçisi
Hüseyn Hüseynova dərin təşəkkürümü bildirirəm. Layihəni düzgün
tərtib və təqdim etmək üçün 2 dəfə Şimali Kipr Türk Cümhuriyyətində
Dogu Akdəniz Universitetində təlimlərdə olduq. Layihəmiz müsabiqədə
yenə də qızıl medala və I yerə layiq görüldü. Keçən il həm də
İstanbulda keçirilən 22-ci Beynəlxalq MEF yarışmasına qatıldım.
Həmin olimpiadada elmi layihəsi keçən yeganə azərbaycanlı ıdim.
Həmin olimpiada bitdikdən sonra Azərbaycana döndüm və ölkəmizdə
keçirilən "Gələçəyə Baxış" ABŞ-Azərbaycan Forumuna qatıldım.
Nümayəndə heyətinə Barak Obamanın müşaviri, ABŞ-ın hava hücumundan
müdafiə və güc nazirləri, hazırkı və keçmiş konqresmenlər,
senatorlar, keçmiş yüksək vəzifəli məmurlar, o cümlədən keçmiş
nazirlər, tanınmış ekspertlər toplanmışdı. Forumda əsas
məsələlərdən biri də ABŞ-Azərbaycan strateji tərəfdaşlığı idi.
Forumun gedişində mənə Filippin Universitetinin rektoru tərəfindən
onların universitetində oxumaq təklifi gəldi. Doğrudur, bütün
təklifləri dəyərləndirsəm də, mənim hədəfim başqadır.
- 2013-14-cü dərs ilində məşguliyyətin necə
olub?
- Bu il "FLEX" proqramı ilı 3 mərhələli imtahan verdim və
imtahanın 2 turunun cavabları məlum olsa da, 3-cü turun cavabları
hələ acıqlanmayıb. Çünki hər mərhələdən sonra cavablar Amerikaya
göndərilir və orada yoxlandıqdan sonra açıqlanır. Finalçıların adı
aprel ayında məlum olacaq. Əgər qalib olsam, gələn il Amerika
dövlətinin hesabına ABŞ məktəblərindən birində təhsilimi davam
etmək imkanım olacaq.
- Bütün bunlara hazırlıqlarda sənə kimsə yardım edir,
yoxsa özün sərbəst hazırlaşırsan?
- Keçən ilki TOEFL nəticələrimi ABŞ-in Kilqor kollecinə
göndərdim və müsbət cavab aldım. Sentyabrdan bu günədək heç bir
müəllimlə fərdi hazirlıq keçmirəm. İmtahanlara özüm sərbəst
hazırlaşıram. TOEFL, SAT English, SAT Math və SAT Pysics
imtahanları verəcəm. Hansılar ki, ABŞ–da top universitetlərə qəbul
olmaq istəyən abituriyentlərin verdikləri imtahanlardır.
Bu il "Sabahın alimləri" III Respublika Müsabiqəsinə qoşuldum.
Müsabiqə ABŞ-da yuxarı sinif şagirdləri arasında keçirilən İntel
İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində İntel
korporasiyasının dəstəyi ilə 2014-cü il 13-15 fevral tarixlərində
"Kempinski Hotel Badamdar"da təşkil olunmuşdu. Elmi rəhbərim
Lissabon Texniki Universitetində çalışan və kimya elmləri doktoru
alimlik dərəcəsi olan Kamran Mahmudovdur. Kamran müəllimi mən
quqldan araşdırdım və ona elmi rəhbərim olmasını təklif etdim, o da
qəbul etdi. Bir neçə ay mənə skaypdan dərslər və tapşırıqlar verdi.
Sintez işlərini BDU-nun "Ekoloji kimya və ətraf mühitin mühafizəsi"
elmi-tədqiqat laboratoriyasında etdim. Biz müsabiqəyə olduqca ciddi
hazırlaşdıq. Müsabiqədə ən uğurlu işlər ingiliscə də dinlənilir.
Ümumiyyətlə, proyektin Amerikanın İntel İSEF yarışmasına vəsiqə
qazana bilməsi üçün biz əsas işi ingilis variantı üzərində
qurmuşduq. Layihənın ingilis variantı səhvsiz idi və müsabiqənin
qaydalarina tam cavab verirdi. Amma mənim Azərbaycan dilindəki
qeydiyyat sənədləşməsində yol verdiyim texniki xəta müsabiqədə
nəticə qazanmağıma mane oldu. Düşünmürəm ki, müsabiqədə heç bir
nəticə qazanmadım. Qazandıgım ən boyuk nəticə müsabiqədə baş verən
hadisələrin şahidi olan Tatyana Nanayevadan aldığım üzrxahlıq
məktubu idi. O, üzr istəyərək yazmışdı ki, mənim müsabiqədən
uzaqlaşdırıldığıma görə heyfsilənir. Ruhdan duşmurəm və qarşıdakı
beynəlxalq yarışmalara qatılıram. İnanıram ki, elmi rəhbərimin və
mənim əziyyətim itməyib öz bəhrəsini növbəti müsabiqələrdə verəcək.
Üç ay əvvəl ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA)
və "Transparency Azərbaijan" təşkilatı "Video Blogging" layihəsi
elan etmişdi. Mən də həmin layihəyə qoşuldum və hazırladığım video
bloqu müsabiqəyə göndərdim. Video bloqum (http://www.youtube.com/watch?v=G5-MeyEJwOo)
I yeri tutdu və mükfatlandırıldım.