Yuxarı

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hadrutun işğaldan azad olunmasından 5 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Axar.az xatırladır ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Düşmənin Azərbaycan hərbçilərini Şuşaya başqa istiqamətdən gedəcəyini gözlədiyi halda Azərbaycan Ordusu məhz Hadrutu azad edib, sonradan Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub.

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.

2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib.

Tarix
2025.10.09 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Sumqayıtın bu ərazisində qaz olmayacaq

İlham Əliyev qardaş ölkələrə təşəkkür etdi - Video

İmanovdan vəhhabi iddiasına cavab - Video

Türkiyə Rusiyadan imtina edir - Gözlənilməz dəyişiklik

Putinlə İlham Əliyevin görüşü təsdiqləndi

“Nar” bu analitik nəşrə dəstək verdi

Rusiya Cənubi Qafqazın bu ölkəsinə açıq dəstək verdi

Zakir Həsənov Türkiyəyə səfər etdi

Rusiya Azərbaycana birgə hərbi təlim keçirməyi təklif etdi

Azərbaycan və Oman 200 milyon dollarlıq fond yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla