Yuxarı

“Nar” bu analitik nəşrə dəstək verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” bu analitik nəşrə dəstək verdi

Sərfəli mobil operator “Nar” Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) və “Germany Trade & Invest”in (GTAI) əməkdaşlığı ilə hazırlanan “Market Analysis Azerbaijan 2025–2026 – Industry Profiles and Investment Trends” adlı yeni nəşrin çapına dəstək olub.

Axar.az xəbər verir ki, bu nəşr Azərbaycanın iş dünyası nümayəndələri üçün etibarlı informasiya mənbəyi kimi ölkəmizin iqtisadiyyatında baş verən əsas inkişaf tendensiyalarını və gələcək investisiya imkanlarını təqdim edir.

Nəşr Azərbaycanın iqtisadi mənzərəsini əhatəli şəkildə təqdim edərək yerli və xarici investorlar üçün dəyərli bələdçi rolunu oynayır. Topluda ölkə iqtisadiyyatının on bir əsas sektoru – bərpa olunan enerji, neft-qaz, tikinti, kənd təsərrüfatı, səhiyyə, maliyyə, İKT, nəqliyyat, gəmiqayırma, mədən və su təsərrüfatı sahələri üzrə vəziyyət və perspektivlər ətraflı təhlil olunub. Həmçinin Qarabağın bərpası, sənaye zonaları və Bakı şəhərinin baş planı kimi istiqamətlər də ayrıca bölmələrdə işıqlandırılıb. Nəşr alman və ingilis dillərində pulsuz təqdim olunur və AHK Azərbaycanın rəsmi vebsaytından yükləmək mümkündür.

Bu layihəyə dəstək verməklə “Nar” Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq biznes əlaqələrinin güclənməsinə töhfə verməyi, həmçinin ölkədə bilik əsaslı və davamlı iqtisadi mühitin formalaşmasına dəstək göstərməyi hədəfləyir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2025.10.08 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla