Yuxarı

Türkiyə Rusiyadan imtina edir - Gözlənilməz dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Rusiyadan imtina edir - Gözlənilməz dəyişiklik

Türkiyənin Rusiya və İran boru kəməri qazını yerli istehsal və ABŞ-dan gələn mayeləşdirilmiş təbii qazla (LNG) əvəz etməyi sürətləndirməsi Tehranın son böyük Avropa ixrac bazarını daralda bilər. Ankara 2028-ci ilə qədər LNG hasilatını və idxalını genişləndirməklə, İran və Rusiyadan tədarükü kəskin şəkildə azalda bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters”də dərc edilən analitik məqalədə bildirilib.

Xatırladılıb ki, İran hazırda Türkiyəyə 2026-cı ilin ortalarında başa çatacaq müqaviləyə əsasən ildə təxminən 10 milyard kubmetr qaz tədarük edir:

“Ankara daha çox çeviklik və diversifikasiyaya can atdığından, çətin ki, müqaviləni eyni şərtlərlə yeniləsin. Bu addım Türkiyənin Energetika Nazirliyinin yerli qaz hasilatını artırması və ABŞ və Əlcəzairdən çoxmilyardlıq LNG idxalı müqavilələri imzalaması ilə bağlıdır.

Hesablamalara görə, Türkiyənin yerli istehsalı və müqavilə əsasında LNG idxalı 2028-ci ilə qədər ildə 26 milyard kubmetri keçəcək. Bu isə ildə 53 milyard kubmetr təxmin edilən qaz ehtiyacının yarısından çoxunu ödəməyə kifayət edəcək. 27 milyard kubmetrlik idxal kəsiri qalacaq ki, bu da hazırda Rusiya, İran və Azərbaycandan müqavilə ilə alınan 41 milyard kubmetrdən xeyli aşağı olacaq.

Türkiyə İran və Rusiya da daxil olmaqla, bütün mövcud tədarükçülərdən qaz almağa davam edəcəyini iddia etsə də, onun uzunmüddətli strategiyası sabit boru kəməri müqavilələrindən daha çox çevik LNG alışına yönəlib”.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp Türkiyəni Rusiyadan neft və qaz alışını dayandırmağa çağırmışdı.

Tarix
2025.10.08 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla