Yuxarı

İmanovdan vəhhabi iddiasına cavab - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmanovdan vəhhabi iddiasına cavab - Video

Əməkdar artist Tahir İmanov ötən gün söz verdiyi kimi, qardaşı, mərhum aktyor Cabir İmanovun ölümündən sonra onun “dini mənsubiyyəti” haqda yayılan məlumatlar haqda danışıb.

Axar.az xəbər verir ki, T.İmanov bu mövzunu qaldıran blogerlər, ictimai xadimlər və “dırnaqarası jurnalistlərin” “cəmiyyətdə yaranan birliyə çox böyük ziyan vurduğunu” iddia edib.

“İkincisi, dini mənsubiyyət hər bir insanın şəxsi işidir. Üçüncüsü, bu, çox böyük günahdır, çünki siz ölünün dalınca qeybət edirsiniz”, - aktyor bildirib.

Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb:

“Mən bəzi jurnalistlərə dedim ki, bizim yas mərasimini çəkməyin, mən, ailəm halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”

Digər məqamlara da toxunan T.İmanov özü və qardaşının vəhhabi olması barədə iddiaların heç birini təkzib etməməsi ilə diqqət çəkib, sadəcə, bu iddiaların səsləndirilməsinin ayıb olmasını deməklə kifayətlənib.

Ətraflı videoda:

Tarix
2025.10.08 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla