Yuxarı

Mehdiyev qisas üçün hakimiyyətə can atan şəxsə kömək edirmiş?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyev qisas üçün hakimiyyətə can atan şəxsə kömək edirmiş?

İtaliyan yazıçı Primo Levinin “Batanlar və xilas olanlar” əsərində aforizmə çevrilmiş belə bir ifadə var. "Hakimiyyət uyuşdurucu kimidir, onu sınamayan bilməz. O, asılılıq yaradır və hər dəfə daha yüksək doza tələb edir”. Ona görə onun hakimiyyətə gəlmək istəyib-istəməməsi barədə qəti fikir söyləmək olmaz. O, qisas almaq motivi ilə hakimiyyətə can atan başqa birisinə kömək məqsədilə də bunu edə bilər və s. Cinayətin motivini istintaq orqanı müəyyənləşdirməlidir.

Axar.az xəbər verir ki. bu sözləri millət vəkili, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev PA-nın sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin həbsi barədə danışarkən deyib.

O bildirib ki, onun dövlət çevrilişi istəyinə düşməsi təsdiqlənərsə, bu, Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşdiyi məqamdan istifadə ilə bağlı ola bilər:

“Yəni kimlərsə düşünə bilərdi ki, hakimiyyət dəyişikliyi üçün əlverişli məqam yaranıb. Hər halda, ağla gələn ilk fərziyyə budur. Xatırlayırsınızsa, 2013-cü ilin prezident seçkilərindən öncə Rüstəm İbrahimbəyov Moskvadan Bakıya göndərildi. Onun liderliyi ilə Ziyalılar İttifaqı, Milli Şura yaradıldı. Mili Şura Putinə müraciət etdi ki, böyük demokrat və hüquqi dövlət quran şəxs kimi Azərbaycanda da hüquqi dövlət quruculuğuna yardımçı olsun, İbrahimbəyovu Rusiya vətəndaşlığından azad etsin ki, o, Azərbaycanda prezidentliyə namizəd ola bilsin. Sonralar İbrahimbəyov ondan Azərbaycana təzyiq kimi istifadə olunduğunu başa düşdü. Tarix göstərir ki, o, heç nə öyrətmir. Ona görə hadisələr təkrarlana bilər. Amma bütün bunlar ehtimallardır, son sözü istintaq orqanı deyəcək”.

Tarix
2025.10.16 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Cəmil Həsənli sərbəst buraxıldı - Təcili

Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat

Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı

Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir

Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

Bakı və Varşava məsləhətləşmələr aparacaq

Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı

Əli Kərimli DTX-yə aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla