Yuxarı

Ölümə səbəb olan məktəbliyə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölümə səbəb olan məktəbliyə hökm oxundu

Futbol oynayarkən ehtiyatsızlıqdan sinif yoldaşının ölümünə səbəb olmaqda təqsirləndirilən İ.M.-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Vəkil sözlərinə görə, müvəkkili zərərçəkmiş tərəflə barışığa çalışsa da, onlara mənəvi ziyanın ödənilməsi ilə bağlı təklif versə də, buna nail olmayıb:

"Onlar sinif yoldaşı olublar. Hadisə futbol oynanan zaman baş verib. Müvəkkilimin şəxsi öldürmək fikri olmayıb. Oyun zamanı aralarında mübahisə olub. İ.M zərərçəkmişə yumruq vurub. O, huşunu itirib, yerə yıxılıb. Müdaxilədən sonra ayılıb, evə gedib. Hadisədən bir neçə gün sonra ölüb. Müdafiə etdiyim şəxs affekt vəziyyətində olub. Məhkəmədən maddənin tələb etdiyi cəza həddindən aşağı, şərti cəza verilməsini xahiş edirəm".

İş üzrə təqsirləndirilən İ.M. yaşının az olduğu üçün məhkəmədən ona ağır cəza verməməsini xahiş edib.

Daha sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Tarix
2025.10.21 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla