Yuxarı

Bakıda keçiriləcək ravvinlər konfransı təxirə düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda keçiriləcək ravvinlər konfransı təxirə düşdü

Avropanın yəhudi dini liderlərini bir araya gətirməsi nəzərdə tutulan “Avropa ravvinləri konfransı”nın (Conference of European Rabbis) (CER) Bakıda planlaşdırılan iclası təhlükəsizlik səbəblərindən təxirə salınıb.

Axar.az Musavat.com xəbər verir ki, əvvəlcə 3-6 noyabr 2025-ci il tarixlərində keçirilməsi planlaşdırılan konfransda Avropa, İsrail və ABŞ-dan 600-ə yaxın ravvin, siyasətçi, ictimai və dini xadimin iştirakı gözlənilirdi. Tədbirin məqsədi yəhudi icmalarının müasir dövrdə qarşılaşdıqları problemləri müzakirə etmək, həmçinin müsəlman ölkəsində dinlərarası dialoq nümunəsi yaratmaq idi. İsrailin baş ravvini David Yosef və Kalman Ber, eləcə də İsrailin Diaspor və Antisemitizmə qarşı Mübarizə Nazirliyi rəsmiləri Amixay Çikli və Amixay Eliyahunun Bakıya gələcəyi planlaşdırılırdı. Təşkilatçılar bu toplantını “münaqişə və dezinformasiya dövründə dini və mədəni sərhədləri aşan əməkdaşlıq nümunəsi” kimi təqdim edirdilər.

Lakin konfransın başlanmasına bir həftə qalmış tədbirin təxirə salındığı elan edilib. Rəsmi açıqlamada təhlükəsizliklə bağlı narahatlıq əsas səbəb kimi göstərilib, lakin konkret təhdidlər barədə məlumat verilməyib. Bəzi beynəlxalq media qurumları, o cümlədən “Yerusəlim Post” yazır ki, İran mənşəli təhlükə siqnalları və regiondakı gərgin vəziyyət tədbirin ləğvinə təsir göstərib. Digər mənbələr isə sosial şəbəkələrdə yayılan təhdid mesajlarını və Türkiyədə yaşayan azərbaycanlılar arasında yaranan gərgin fonu xatırladır. CER rəhbərliyi Azərbaycan hökumətinə göstərdiyi dəstəyə görə təşəkkür edib və iştirakçılara yeni plan barədə məlumat veriləcəyini açıqlayıb.

Tədbirin Bakıda keçirilməsi Azərbaycanın multikultural dəyərlərinin və yəhudi icması ilə dost münasibətlərinin nümayişi baxımından önəmli sayılırdı. Lakin qərar həm də bir sıra sualları gündəmə gətirib: təhlükəsizlik riski nə qədər real idi, bu qərar Azərbaycanın beynəlxalq imicinə necə təsir edəcək və ravvinlərin bu regiona diqqəti gələcəkdə necə davam edəcək?

Hazırda Azərbaycan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Tədbirin yeni tarix və məkanının müəyyənləşməsi gözlənilir. Analitiklər bu qərarı həm təhlükəsizlik mexanizmlərinin qiymətləndirilməsi, həm də Azərbaycan-İsrail münasibətlərinin incə diplomatik balansı baxımından diqqətəlayiq hadisə kimi dəyərləndirirlər.

Tarix
2025.10.29 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla