Yuxarı

ADU-nun nümayəndə heyəti Mərmərə Universitetində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-nun nümayəndə heyəti Mərmərə Universitetində

Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti Türkiyənin Mərmərə Universitetində olub.

Axar.az xəbər verir ki, görüş zamanı Mərmərə Universiteti ilə ADU arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.

Mərmərə Universitetinin rektoru, professor Mehmet Emin çıxışında ADU-nun rektoru, akademik Kamal Abdullaya həsr olunan konfransın Mərmərə Universitetində keçirilməsindən böyük qürur hissi keçirdiyini söyləyib, konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Görüşdə Mərmərə Universiteti ilə ADU-nun elmi tədqiqat, akademik mübadilə, beynəlxalq reytinqli jurnallarda birgə əməkdaşlıqla bağlı məsələlərə toxunulub. Həmçinin noyabr ayının 21-də ADU-da baş tutacaq “Süni intellekt və humanitar elmlər” mövzusunda beynəlxalq konfransda iştirakla bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, türk dünyası elmində xüsusi önəm kəsb edən Kamal Abdullanın elmi və bədii yaradıcılığı Türkiyədə fəaliyyət göstərən universitetlərdə geniş tədqiq olunur və böyük maraqla qarşılanır.

Tədbir ADU və Mərmərə Universitetləri arasında elmi, mədəni əlaqələrin gələcək inkişafı ilə bağlı müzakirələrlə davam edib.

Tarix
2025.10.31 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla