Yuxarı

Sürüşmə bu səbəbdən baş verib: Təhlükə... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürüşmə bu səbəbdən baş verib: Təhlükə... - Açıqlama

Əhmədli qəsəbəsində hadisə baş verən ərazidə su boruları yenilənməsə, daha böyük sürüşmə ola bilər.

Axar.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.

O bildirib ki, sürüşmə baş verən ərazidən vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir:

"Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".

Ə.Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb:

"Ərazidə mütləq qısa zamanda su təsərrüfat sistemi yenilənməli və müasir borularla əvəzlənməlidir. Çünki ərazidəki borulardan su axıntısı səbəbindən torpaqda qopmalar yaranıb. Bu isə gələcəkdə ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində qırıntılar aşkar edilib. O baxımdan, burada gələcəkdə daha böyük sürüşmə ola bilər".

Tarix
2025.11.12 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ Ermənistanda buranı Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla