Yuxarı

Prezidentin Naxçıvandakı yeni nümayəndəsi kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Naxçıvandakı yeni nümayəndəsi kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Axar.az xəbər verir ki, Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib.

2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurub, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CİMA) strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.

Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə Departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək, Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Tarix
2025.11.12 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla