Yuxarı

Gəncədə 17 yaşlı oğlanın ölümü ilə bağlı şok detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə 17 yaşlı oğlanın ölümü ilə bağlı şok detallar

10:10

Gəncədə 17 yaşlı piyada maşın vurması nəticəsində ölüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə.Qurbanov VAZ-2107-in sürücüsü, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə.Fərzəliyevlə mübahisə edib.

Mübahisədən sonra Ə.Qurbanov sürücü Ə.Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. Ə.Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə.Fərzəliyevin VAZ-2107 ilə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə.Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Məlumata görə, 17 yaşlı Ə.Qurbanov hadisə baş verən gün Ə.Fərzəliyevin avtomobilini qaçırıbmış. Hadisədən sonra VAZ 2107-in sürücüsü polisə təslim olub.

Ə.Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Tarix
2025.11.15 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla