Yuxarı

Nazirlik Fuad Abdullayevə görə bu klinikanı cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik Fuad Abdullayevə görə bu klinikanı cərimələdi

Səhiyyə Nazirliyi “Nyu Med” klinikasını cərimələyib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən klinikada keçirilən plandankənar yoxlama zamanı Fuad Abdullayevin sertifikatsız özəl praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanıb.

Klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Fuad Abdullayevin diplomu olmadan həm plastik-estetik, həm də LOR əməliyyatlar icra etməsi barədə məlumatlar bir neçə dəfə ictimailəşdirilib. Fuad Abdullayevin ixtisasca ümumi cərrah olduğu bildirilir.

Fuad Abdullayev isə bu fikirlərlə razılaşmır. Abdullayev izahatında bildirib ki, 21 ildir tibb sahəsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Fəaliyyəti dövründə inzibati xəta ilə bağlı heç bir məsuliyyətə cəlb olunmayıb. Ümumi cərrah ixtisası üzrə tibb təhsilini tam şəkildə bitirib və dövlət tərəfindən həmin ixtisasa aid diplom təqdim edilib. Artıq 30 ildən çoxdur ki, tibb sahəsində peşəkar şəkildə fəaliyyət göstərir, bir neçə dövlət xəstəxanasında, hərbi hospitalda LOR cərrahı ixtisası üzrə fəaliyyət göstərib. Bundan əlavə, sözügedən sahə üzrə şöbə müdiri vəzifəsində işləyib və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda LOR cərrahı ixtisası üzrə Səhiyyə Nazirliyinin tələbi əsasında kurs keçib.

Tarix
2025.11.21 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla