Yuxarı

Məktəblərdə müəllim vakansiyası gizlədilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə müəllim vakansiyası gizlədilir?

Vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı vahid və sistemli yanaşma mövcuddur. Vakant yerlərin müsabiqəyə çıxarılması şəxsi yanaşmadan asılı şəkildə deyil, mövcud qaydalara uyğun olaraq həyata keçirilir.

Axar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli APA-ya müsahibəsində deyib.

“Son illər əmək haqqı sistemi və ümumi təhsil müəssisələrinin idarə olunmasının elektron sistemlə aparılması nəticəsində ölkə üzrə hansı istiqamətlərdə müəllimlərin çalışdığı, hansı ərazilərdə müəllim çatışmazlığının mövcud olduğu dəqiq şəkildə monitorinq olunur. Formalaşan yanlış təsəvvürlərdən biri ondan ibarətdir ki, əgər hər hansı müəllim işdən ayrılırsa (yaş həddi, müxtəlif səbəblər və ya sertifikatlaşdırma nəticəsində), onun dərs saatları dərhal müsabiqəyə təqdim edilməlidir. Lakin bu bütün hallarda tətbiq olunan mexanizm deyil. Bəzi məktəblərdə ehtiyac duyulandan artıq ibtidai sinif müəllimləri mövcud olur. İbtidai siniflərdə ehtiyacın hesablanması daha asandır — mövcud siniflərin sayı müəllim ehtiyacını birbaşa müəyyən edir. Digər fənlər üzrə, xüsusilə yuxarı siniflərdə dərs yükünün formalaşma prinsipləri fərqləndiyindən ehtiyacın müəyyənləşdirilməsi daha çox meyar üzrə həyata keçirilir", - N.İsmayılbəyli bildirib.

O qeyd edib ki, yuxarı siniflərdə “bir sinif – bir müəllim’” prinsipi tətbiq edilmədiyinə görə dərs saatları üzrə bölgü aparılır və nəticədə azsaatlı dərs yükü ilə təminat halları yaranır:

"Aparılan təhlillər göstərir ki, hər bir müəllimin işdən ayrılması müəssisədə mütləq vakant yer formalaşdırmır və bəzi hallarda müəllimlərin çıxması həmin məktəbdə yüksək qiymətləndirmə nəticəsi olan müəllimlərin dərs yükünün artırılmasına gətirib çıxarır".

Tarix
2025.11.21 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev İlham Əliyevə təşəkkür etdi

Azərbaycanlı ilə eşq yaşayan erməni konsuldan yeni xəbər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla